Gürcüstanda “oğru dünyası” ilə əlaqədə olan 27 nəfər saxlanılıb

Gürcüstanda “oğru dünyası” ilə əlaqədə olan 27 nəfər saxlanılıb Gürcüstanda “oğru dünyası” ilə əlaqədə olan 27 nəfər saxlanılıb.
Region
12 aprel 2024 07:42
Gürcüstanda “oğru dünyası” ilə əlaqədə olan 27 nəfər saxlanılıb

Gürcüstanda “oğru dünyası” ilə əlaqədə olan 27 nəfər saxlanılıb.

"Report"un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, təqsirləndirilən şəxslərdən 7-si "qanuni oğru"dur. Onlar Tbilisi, Kareli və Qori şəhərlərində saxlanılıb. Beş nəfərə qiyabi ittiham irəli sürülüb. Onları 15 ilə qədər həbs gözləyir.

Nazirlikdən qeyd edilib ki, xaricdə yaşayan Gürcüstan vətəndaşı “oğrular dünyası”nın üzvlərindən pul müqabilində bir mübahisənin həllində ona köməklik göstərməyi xahiş edib. Təqsirləndirilən şəxs razılaşıb və sonra onun pulunu oğurlayıb. Bundan xəbər tutan kriminal aləmin nümayəndələri xaricdə yaşayan dörd “qanuni oğru”nu da məsələyə qarışdırıb.

Son xəbərlər

Orphus sistemi