Gürcüstanda NATO-ya inteqrasiya üzrə dövlət komissiyası yaradılıb

Gürcüstanda NATO-ya inteqrasiya üzrə dövlət komissiyası yaradılıb Tbilisi. 1 mart. REPORT.AZ/ Gürcüstan hökumətinin qərarı ilə ölkənin NATO-ya inteqrasiyası üzrə dövlət komissiyası yaradılıb.
Region
1 Mart , 2019 18:19
Gürcüstanda NATO-ya inteqrasiya üzrə dövlət komissiyası yaradılıb

Tbilisi. 1 mart. REPORT.AZ/ Gürcüstan hökumətinin qərarı ilə ölkənin NATO-ya inteqrasiyası üzrə dövlət komissiyası yaradılıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin Administrasiyası məlumat yayıb.

Komissiyanın yaradılmasında məqsəd Gürcüstanın NATO-ya siyasi, hüquqi və hərbi sahələr üzrə tam inteqrasiyası prosesində dövlət strukturlarının fəaliyyətinin koordinasiyasının təmin olunmasıdır.

Dövlət komissiyasına Baş nazir Mamuka Baxtadze rəhbərlik edəcək. Komissiyanın üzvləri sırasına Dövlət Kəşfiyyat Xidməti, Dövlət Təhülkəsizlik Xidməti və Müdafiə Qüvvələrinin Baş Qərargahının rəhbərləri daxil olacaqlar.

Son xəbərlər

Orphus sistemi