Gürcüstanda müxalifət partiyasının liderləri həbsdən azad olunublar

Gürcüstanda müxalifət partiyasının liderləri həbsdən azad olunublar Gürcüstanda pul yumada ittiham olunan TBC Bankın təsisçiləri, müxalif “Lelo” partiyasının liderləri Mamuka Xazaradze və Badri Caparidze cinayət işi üzrə təqsirli biliniblər.
Region
101
12 Yanvar , 2022 11:28
Gürcüstanda müxalifət partiyasının liderləri həbsdən azad olunublar

Gürcüstanda pul yumada ittiham olunan TBC Bankın təsisçiləri, müxalif “Lelo” Partiyasının liderləri Mamuka XazaradzeBadri Caparidze cinayət işi üzrə təqsirli biliniblər.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə qərar Tbilisi Şəhər Məhkəməsində qəbul olunub.

Qərara əsasən, onlar 7 il müddətinə azadlıqdan məhrum edilsələr də, iddia müddəti başa çatdığına görə cinayət məsuliyyətindən azad olunublar. M.Xazaradze və B.Caparidze zaminə buraxılıb və ölkəni tərk etmələrinə qadağa tətbiq edilib. Təqsirləndirilənlər barədə girov və həbs qərarları ləğv olunub.

Xatırladaq ki, M.Xazaradze və B.Caparidzeyə qarşı 2019-cu ilin iyulunda 16 754 000 ABŞ dollarının qanunsuz leqallaşdırılması ilə bağlı ittiham irəli sürülüb. İş üzrə materiallara əsasən, pul yuma faktı 2008-ci ilin aprel-may aylarında həyata keçirilib. Məhkəmə qərarına əsasən, hər ikisinin bank hesablarına həbs qoyulub, hər biri 700 min lari girov müqabilində və ölkəni tərk etməmək qadağası ilə azadlığa buraxılıb. Hər iki müxalifətçi onlara qarşı qaldırılan cinayət işini absurd adlandırıraraq siyasi motivlərə görə təqib olunduqlarını iddia ediblər.

Son xəbərlər

Orphus sistemi