Gürcüstanda Milad bayramı təntənə ilə qeyd olunub - FOTO

Gürcüstanda Milad bayramı təntənə ilə qeyd olunub - FOTO Tbilisi. 7 yanvar. REPORT.AZ/ Gürcüstanda pravoslav xristianları İsa peyğəmbərin mövlud gününü – Milad bayramını təntənə ilə qeyd ediblər.
Region
7 Yanvar , 2018 15:23
Gürcüstanda Milad bayramı təntənə ilə qeyd olunub - FOTO

Tbilisi. 7 yanvar. REPORT.AZ/ Gürcüstanda pravoslav xristianları İsa peyğəmbərin mövlud gününü – Milad bayramını təntənə ilə qeyd ediblər.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, yanvarın 6-da gecə saat 23:00-dan başlayan tədbir bu gün "Alilo" adlı mərasimlə davam edib.

İştirakçıları parlamentin binası önündə spiker İrakli Kobaxidze, Prezident iqamətgahının qarşısında Gürcüstan dövlətinin başçısı Qeorqi Marqvelaşvili, şəhər sakrebulunun önündə Tbilisi meriyasının rəhbərliyi və deputatlar salamlayıb, şirniyyat və hədiyyələr təqdim ediblər.

Meriyanın və Prezident iqamətgahının qarşısında müxtəlif dini ayinlər icra edilib, dualar oxunub. Müxtəlif küçə və prospektlərlə uzun yol keçən yürüş iştirakçılarına yerli əhali və şəhərin qonaqları da hədiyyələr, şirniyyat və ianələr veriblər.

Müqəddəs Troitsa kilsəsində iştirakçıları bütün Gürcüstanın Katolikos-Patriarxı qarşılayıb, onlara xeyir-dua verib. İştirakçılar Patriarx II İliyaya şirniyyat təqdim ediblər.

Bununla da Pravoslav xristianlarının bayram tədbirləri başa çatıb.

Orphus sistemi