Gürcüstanda meşə yanğını lokallaşdırılıb - YENİLƏNİB

Gürcüstanda meşə yanğını lokallaşdırılıb - YENİLƏNİB Gürcüstanın Quriya bölgəsində iki gün davam edən meşə yanğını lokallaşdırılıb.
Region
9 Mart , 2020 13:32
Gürcüstanda meşə yanğını lokallaşdırılıb - YENİLƏNİB

Gürcüstanın Quriya bölgəsində iki gün davam edən meşə yanğını lokallaşdırılıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Fövqəladə Halların İdarə olunması Xidməti məlumat yayıb.

Yanğının söndürülməsinə cəlb olunan iki helikopter yanğın ocaqlarına 20 dəfə su töküb.

Alovun ərazisinin genişlənməsinin qarşısı alınıb. Yanğının aradan qaldırılmasında 120 yanğınsöndürən iştirak edib.

Faktla bağlı Gürcüstanın Daxili İşlər Nazirliyində istintaqa başlanılıb. 


***10:16

Gürcüstanın Quriya bölgəsinin Vakicvari kəndi ərazisində ötən gündən başlayan yanğın davam edir.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Fövqəladə Halların İdarə olunması Xidməti məlumat yayıb.

Meşə örtüyündə qeydə alınan yanğının söndürülməsi prosesinə 120-yə yaxın yanğınsöndürən və Sərhəd Polisinin iki helikopteri cəlb olunub.

Hadisə ilə bağlı xüsusi qərargah yaradılıb. Hazırda vəziyyətin tam nəzarət altında olduğu bildirilir.

Son xəbərlər

Orphus sistemi