Tbilisi. 5 sentyabr. REPORT.AZ/ Gürcüstanda meşə yanğını lokallaşdırılıb.
“Report”un Gürcüstan bürosunun məlumatına görə, Ateni dərəsində baş verən yanğın nəticəsində 8 hektara yaxın sahə yanıb.
Yanğının söndürülməsinə Gürcüstanın Fövqəladə Halların İdarə olunması Xidmətinin 50-yə yaxın yanğınsöndürəni və xüsusi texnika cəlb olunub.
Gürcüstanın Daxili İşlər Nazirliyi faktla bağlı araşdırmalara başlayıb.
*** 18:34
Gürcüstanda meşə yanğını başlayıb.
“Report”un Gürcüstan bürosunun məlumatına görə, Ateni dərəsində qeydə alınan yanğın 8 hektara yaxın sahəni əhatə edib.
Yanğının söndürülməsinə Gürcüstanın Fövqəladə Halların İdarə olunması Xidmətinin yanğınsöndürənləri və xilasediciləri cəlb olunub. Çətin relyef səbəbindən yanğın ocağına yaxınlaşmaq hələlik mümkün olmayıb.
Yanğının aradan qaldırılmasına əlavə qüvvə cəlb olunacaq.

