Gürcüstanda meşə yanğını baş verib

Gürcüstanda meşə yanğını baş verib Gürcüstanın Tsxaltubo rayonunda ötən gün axşam meşə yanğını qeydə alınıb.
Region
12 Noyabr , 2019 10:42
Gürcüstanda meşə yanğını baş verib

Gürcüstanın Tsxaltubo rayonunda ötən gün axşam meşə yanğını qeydə alınıb.

“Report”un yerli bürosu xəbər verir ki, alov Namoxvani kəndi yaxınlığında bir neçə hektar ərazini əhatə edib.

Gürcüstanın Fövqəladə Halların İdarə olunması Xidmətindən bildirilib ki, ərazidə quru ot və kolluqlar yanır.

Yanğının söndürülməsinə ötən gün axşam saatlarından başlanılsa da, onun tam aradan qaldırılması hələlik mümkün olmayıb. Bu gün səhər saatlarından etibarən yanğının söndürülməsi istiqamətində işlər bərpa edilib. 

Son xəbərlər

Orphus sistemi