Gürcüstanda məmur narkotik vasitə ilə saxlanılıb

Gürcüstanda məmur narkotik vasitə ilə saxlanılıb Gürcüstanın Çiatura şəhər meriyasının əməkdaşı narkotik vasitələrin qanunsuz saxlanılması və daşınması ilə bağlı saxlanılıb.
Region
25 Sentyabr , 2019 18:39
Gürcüstanda məmur narkotik vasitə ilə saxlanılıb

Gürcüstanın Çiatura şəhər meriyasının əməkdaşı narkotik vasitələrin qanunsuz saxlanılması və daşınması ilə bağlı saxlanılıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

Meriyanın memarlıq, tikinti və nəzarət xidmətinin 1971-ci il təvəllüdlü əməkdaşı mərkəzi avtomagistralda maşınla hərəkətdə olarkən polis tərəfindən saxlanılıb və üzərinə baxış zamanı tərkibində metadon olan narkotik vasitə aşkar olunaraq götürülüb.

Faktla bağlı istintaq aparılır. Saxlanılan şəxsi 6 ilədək həbs cəzası gözləyir. 

Son xəbərlər

Orphus sistemi