Gürcüstanda məktəblərdə tətil uzadıldı

Gürcüstanda məktəblərdə tətil uzadıldı Gürcüstanın bütün təhsil müəssisələrində martın 16-dək elan olunan tətilin müddəti aprelin 1-dək uzadılıb.
Region
11 mart 2020 10:30
Gürcüstanda məktəblərdə tətil uzadıldı
google.az
0 : 00
0 : 00

Gürcüstanın bütün təhsil müəssisələrində martın 16-dək elan olunan tətilin müddəti aprelin 1-dək uzadılıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Dövlət Qurumlarıarası Koordinasiya Şurasının toplantısında qərar qəbul edilib.

Digər qərarla hərbi xidmətə yaz çağırışı aprelin 13-dək təxirə salınıb.

Qeyd edək ki, bu günə qədər qonşu ölkədə koronavirus 23 şəxsdə təsdiqlənib. Karantində 126, stasionar nəzarətdə isə 46 nəfər saxlanılır.

Son xəbərlər

Orphus sistemi