Gürcüstanda mədənçilərin etiraz aksiyası bərpa olunub

Gürcüstanda mədənçilərin etiraz aksiyası bərpa olunub Gürcüstanın Tkibuli şəhərində mədənçilərin etiraz aksiyası bərpa olunub.
Region
25 Sentyabr , 2019 10:51
Gürcüstanda mədənçilərin etiraz aksiyası bərpa olunub

Gürcüstanın Tkibuli şəhərində mədənçilərin etiraz aksiyası bərpa olunub.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, onlar şəhər meriyasının binası qarşısında mitinq keçirərək “Saknaxşiri” (“Gürcüstan kömürü”) şirkətindən əməkhaqlarının ödənilməsini tələbi edirlər.

Aksiyaya şəhər sakinləri də qoşulub.

Ötən gün “Saknaxşiri” şirkətinin nümayəndələri və mədənçilər arasında aparılan danışıqlar nəticəsiz yekunlaşıb. Mədənçilər bildiriblər ki, maaşları ödənilməyənə qədər aksiyaları davam etdirəcəklər.

Qeyd edək ki, ötən gün 15-ə yaxın mədənçi eyni tələblə Mindeli və Dzidziquri adına mədənlərə enib. Onlar tələb yerinə yetirilməyənə qədər mədənlərdən çıxmayacaqlarını bildiriblər. 

Son xəbərlər

Orphus sistemi