Gürcüstanda matəm günü ilə əlaqədar dövlət bayraqları endirildi

Gürcüstanda matəm günü ilə əlaqədar dövlət bayraqları endirildi Bu gün Gürcüstanda matəm günüdür
Region
10 Aprel , 2021 00:10
Gürcüstanda matəm günü ilə əlaqədar dövlət bayraqları endirildi

Bu gün Gürcüstanda matəm günüdür.

“Report”un yerli bürosu xəbər verir ki, qonşu ölkədə aprelin 7-də faciəvi şəkildə ölən Abxaziyanın Qali rayonunun sakinləri olan 4 Gürcüstan vətəndaşının xatirəsi anılır.

Gürcüstan miqyasında bütün dövlət qurumlarında dövlət bayraqları endirilib.

Xatırladaq ki, həlak olan şəxslər işğal altında saxlanılan Abxaziyadan İnquri çayı vasitəsilə Gürcüstanın nəzarətindəki əraziyə keçməyə cəhd edərkən boğularaq ölüblər. Onların ikisi 30 yaşlı qadın, ikisi isə 47 və 52 yaşlı kişilərdir.

Son xəbərlər

Orphus sistemi