Gürcüstanda maska taxmaq qaydalarına nəzarət sərtləşdirilir

Gürcüstanda maska taxmaq qaydalarına nəzarət sərtləşdirilir “Gürcüstanda tibbi maska taxmaq tələbinə təkrar əməl etməyən şəxslərə qarşı cərimənin məbləği iki dəfə artırılacaq”.
Region
4 Fevral , 2021 11:50
Gürcüstanda maska taxmaq qaydalarına nəzarət sərtləşdirilir

“Gürcüstanda tibbi maska taxmaq tələbinə təkrar əməl etməyən şəxslərə qarşı cərimənin məbləği iki dəfə artırılacaq”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu ölkənin Baş naziri Giorgi Qaxariya deyib.

Onun sözlərinə görə, karantin rejiminin yumşaldılması ilə yanaşı qaydaların sərtləşdirilməsi də vacibdir.

Qeyd edək ki, qonşu ölkədə ötən ilin noyabrından həm qapalı məkanlarda, həm də açıq havada tibbi maskadan istifadə məcburi olub. Maskadan istifadə qaydalarını pozan fiziki şəxslər 20 lari məbləğində cərimə olunurlar. Qapalı məkanlara şəxslərin maskasız daxil olmasına yol verən hüquqi şəxslərə qarşı tətbiq olunan cərimənin məbləği isə 500 lari təşkil edir.

Son xəbərlər

Orphus sistemi