Gürcüstanda Kürün çirklənmə səviyyəsi öyrənilir

Gürcüstanda Kürün çirklənmə səviyyəsi öyrənilir Gürcüstanda Kür çayının hazırkı çirklənmə səviyyəsi müəyyən ediləcək.
Region
2 İyun , 2020 10:58
Gürcüstanda Kürün çirklənmə səviyyəsi öyrənilir

Gürcüstanda Kür çayının hazırkı çirklənmə səviyyəsi müəyyən ediləcək.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Ətraf Mühit üzrə Milli Agentliyindən bildirilib.

İyunun 2-də Gürcüstanda Kür çayının mühafizəsi günü qeyd olunur. Bu günlə əlaqədar qurumun rəhbəri Andro Aslanişvili və mütəxəssislər çaydan su nümunələri götürüblər.

Agentliyin laboratoriyasında nümunələr orqanik, qeyri-orqanik çirkləndiricilər və ağır metallar üzrə tədqiq olunacaq. Nəticələr bir neçə gündən sonra açıqlanacaq.

Ətraf Mühit üzrə Milli Agentlik Kür çayında suyun keyfiyyətinə müntəzəm olaraq nəzarət edir. Ay ərzində 19, rüb ərzində isə 33 məntəqədən su nümunələri götürülür.

Qeyd edək ki, Kürün mühafizəsi günü 1999-cu ildə təsis olunub.

Son xəbərlər

Orphus sistemi