Gürcüstanda koronavirusun yeni ştammının yayıldığı ehtimal olunur

Gürcüstanda koronavirusun yeni ştammının yayıldığı ehtimal olunur Gürcüstanda koronavirusun yeni ştammının mövcudluğu istisna edilmir.
Region
903
26 Dekabr , 2020 09:39
Gürcüstanda koronavirusun yeni ştammının yayıldığı ehtimal olunur

Gürcüstanda koronavirusun yeni ştammının mövcudluğu istisna edilmir.

“Report”un yerli bürosu xəbər verir ki, bunu ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin direktoru, baş epidemioloq Amiran Qamkrelidze bildirib.

Onun sözlərinə görə, hazırda mütəxəssislər Tbilisidə COVID-19-a şübhəli yoluxma halları ilə bağlı tədqiqatlar aparırlar: “Koronavirusun yeni ştammı hələ təsdiqlənməyib. Yeni növ aşkarlana bilər, lakin araşdırmalar üçün günlər tələb olunur”.

A.Qamkrelidze deyib ki, Gürcüstanda yeni ştammı təsdiqləmək yalnız Riçard Luqar adına laboratoriyada mümkündür və bu cür araşdırmalar kifayət qədər uzun müddətli və bahalıdır.

Son xəbərlər

Orphus sistemi