Baş epidemioloq: “Gürcüstanda koronavirusla bağlı vəziyyət nəzarət altındadır”

Baş epidemioloq: “Gürcüstanda koronavirusla bağlı vəziyyət nəzarət altındadır” “Gürcüstanda koronavirusa yeni yoluxma hallarının artacağı gözlənilən idi”.
Region
15 İyun , 2020 13:28
Baş epidemioloq: “Gürcüstanda koronavirusla bağlı vəziyyət nəzarət altındadır”

“Gürcüstanda koronavirusa yeni yoluxma hallarının artacağı gözlənilən idi”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri, baş epidemioloq Amiran Qamkrelidze bildirib.

Onun sözlərinə görə, halların artmasına səbəb iqtisadiyyatın bərpası ilə insanların hərəkətinin intensivləşməsidir: “Hazırkı mərhələdə təşvişə heç bir əsas yoxdur. Ölkədəki epidemioloji vəziyyət tam nəzarət altındadır”.

Mərkəz rəhbəri virusa yüngül yoluxma hallarında artımın olduğunu deyib: “Yeni təsdiqlənən hallar klinik baxımdan nisbətən qənaətbəxş hesab olunur”.

Qeyd edək ki, son sutka ərzində qonşu ölkədə COVID-19-a 15 yeni yoluxma halı təsdiqlənib. İndiyədək virusa 879 nəfər yoluxub. Onların 704-ü sağalıb, 14-ü isə vəfat edib. 

Son xəbərlər

Orphus sistemi