Gürcüstanda koronavirusla bağlı mobil tətbiq istifadəyə verildi

Gürcüstanda koronavirusla bağlı mobil tətbiq istifadəyə verildi Gürcüstanda koronavirusla bağlı “Stop Covid” adlı mobil tətbiq istifadəyə verilib.
Region
16 aprel 2020 08:54
Gürcüstanda koronavirusla bağlı mobil tətbiq istifadəyə verildi

Gürcüstanda koronavirusla bağlı “Stop Covid” adlı mobil tətbiq istifadəyə verilib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Səhiyyə Nazirliyindən bildirilib.

Mobil tətbiqin məqsədi COVID-19 infeksiyasının erkən aşkarlanması və profilkatikasıdır.

Tətbiq istifadəçilərə koronavirusa yoluxmuş şəxslə təmasda olub-olmadığını öyrənməyə imkan verir.

Nazirliyin təşəbbüsü ilə hazırlanan innovativ yenilik iOS və Android istifadəçiləri üçün əlçatandır.

Mobil tətbiq Avstriya şirkəti tərəfindən hazırlanıb və ondan istifadə ödənişsizdir.

Anoloji mobil tətbiqlər Yaponiya, Cənubi Koreya, Sinqapur da daxil olmaqla bir sıra ölkələrdə istifadə olunur. 

Son xəbərlər

Orphus sistemi