Gürcüstanda koronavirusla bağlı bütün məhdudiyyətlər aradan qaldırılır

Gürcüstanda koronavirusla bağlı bütün məhdudiyyətlər aradan qaldırılır Gürcüstanda bütün məhdudiyyətlər aradan qaldırılır
Region
22 Mart , 2022 11:23
Gürcüstanda koronavirusla bağlı bütün məhdudiyyətlər aradan qaldırılır

Gürcüstanda martın 28-dən etibarən ictimai nəqliyyat və qapalı məkanlarda qoruyucu maskadan istifadə istisna olmaqla, bütün məhdudiyyətlər aradan qaldırılacaq.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Dövlət Qurumlarıarası Koordinasiya Şurasının Operativ Qərargahının rəhbəri Giorgi Qibradze brifinqdə bildirib.

Onun sözlərinə görə, ictimai iaşə obyektlərinə, eləcə də idman, incəsənət və digər tədbirlərlə bağlı say məhdudiyyətləri ləğv ediləcək.

Qərargah rəhbəri qeyd edib ki, distant qaydada çalışanlar işə dönə biləcəklər və PCR test olmadan Gürcüstana qayıdan ölkə vətəndaşları özünütəcrid öhdəliyindən azad olunacaqlar.

Son xəbərlər

Orphus sistemi