Gürcüstanda koronavirusdan sağalanların sayı artdı

Gürcüstanda koronavirusdan sağalanların sayı artdı Gürcüstanda 11-ci pasiyent koronavirusdan sağalıb.
Region
26 Mart , 2020 23:21
Gürcüstanda koronavirusdan sağalanların sayı artdı

Gürcüstanda 11-ci pasiyent koronavirusdan sağalıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla bağlı xüsusi rəsmi saytında bildirilib.

Məlumata görə, ölkədə karantində 4 427, stasionar nəzarətdə isə 257 nəfər saxlanılır.

Qeyd edək ki, bu günə qədər Gürcüstanda COVID-19 infeksiyasına 79 nəfər yoluxub. Hazırda aktiv virus daşıyıcılarının sayı 68 nəfər təşkil edir.

Son xəbərlər

Orphus sistemi