Gürcüstanda koronavirusdan ölənlərin sayı 8 900-ü keçib

Gürcüstanda koronavirusdan ölənlərin sayı 8 900-ü keçib Gürcüstanda son sutkada daha 1 929 nəfərdə koronavirus aşkarlanıb, 33 pasiyent vəfat edib.
Region
29 Sentyabr , 2021 10:36
Gürcüstanda koronavirusdan ölənlərin sayı 8 900-ü keçib
0 : 00
0 : 00

Gürcüstanda son sutkada daha 1 929 nəfərdə koronavirus aşkarlanıb, 33 pasiyent vəfat edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.

Bununla da qonşu ölkədə indiyədək COVID-19-a yoluxanların sayı 611 269-a, vəfat edənlərin sayı isə 8 917-yə çatıb.

Ötən 24 saat ərzində 1 914, ümumilikdə 582 805 nəfər müalicə olunaraq sağalıb.

Son xəbərlər

Orphus sistemi