Gürcüstanda koronavirusdan ölənlərin sayı 4 mini keçib

Gürcüstanda koronavirusdan ölənlərin sayı 4 mini keçib Bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib
Region
24 Aprel , 2021 10:50
Gürcüstanda koronavirusdan ölənlərin sayı 4 mini keçib

Gürcüstanda son sutkada daha 1 250 nəfərin koronavirusa yoluxduğu müəyyən edilib, 463 nəfər sağalaraq evə buraxılıb, 15 pasiyent ölüb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Hazırkı dövrədək qonşu ölkədə COVID-19-a 302 785 yoluxma faktı təsdiqlənib. Yoluxanların 284 749-u sağalıb, 4 007-si isə vəfat edib.

Son 24 saat ərzində 32 minə yaxın test yoxlaması aparılıb.

Son xəbərlər

Orphus sistemi