Gürcüstanda koronavirusdan ölənlərin sayı 3 mini ötdü

Gürcüstanda koronavirusdan ölənlərin sayı 3 mini ötdü Gürcüstanda son sutkada daha 903 nəfərə koronavirus diaqnozu qoyulub, 636 nəfər sağalıb, 24 pasiyent isə vəfat edib.
Region
22 Yanvar , 2021 10:31
Gürcüstanda koronavirusdan ölənlərin sayı 3 mini ötdü

Gürcüstanda son sutkada daha 903 nəfərə koronavirus diaqnozu qoyulub, 636 nəfər sağalıb, 24 pasiyent isə vəfat edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.

Hazırkı dövrədək qonşu ölkədə 251 974 nəfərin COVID-19-a yoluxduğu müəyyən edilib. Onların 238 737-si sağalıb, 3 022-si isə ölüb.

Aktiv koronavirus xəstələrinin sayı 10 189 nəfər təşkil edir.

Son xəbərlər

Orphus sistemi