Gürcüstanda ötən sutkada daha 388 nəfərdə koronavirus infeksiyası aşkarlanıb, 331 nəfər sağalaraq evə buraxılıb.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.
Son 24 saat ərzində 7 pasiyent vəfat edib.
Qonşu ölkədə pandemiya başlayandan bu günədək COVID-19-a 267 701 yoluxma faktı təsdiqlənib. Yoluxanların 260 597-si sağalıb, 3 406-sı isə ölüb.