Gürcüstanda koronavirusdan ölənlərin sayı 10 mini keçib

Gürcüstanda koronavirusdan ölənlərin sayı 10 mini keçib Gürcüstanda ötən sutkada koronavirusa 4 610 yeni yoluxma halı təsdiqlənib, 2 624 nəfər müalicə olunaraq sağalıb, 42 pasiyent vəfat edib.
Region
30 Oktyabr , 2021 10:32
Gürcüstanda koronavirusdan ölənlərin sayı 10 mini keçib

Gürcüstanda ötən sutkada koronavirusa 4 610 yeni yoluxma halı təsdiqlənib, 2 624 nəfər müalicə olunaraq sağalıb, 42 pasiyent vəfat edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.

Hazırkı dövrədək Gürcüstanda COVID-19 infeksiyası 715 865 nəfərdə aşkarlanıb. Onların 655 129-u sağalıb, 10 003-ü isə dünyasını dəyişib.

Bu günə olan aktiv xəstə sayı 50 707 nəfərdir.

Son xəbərlər

Orphus sistemi