Gürcüstanda koronavirusa yoluxma sayı 1 000-dən aşağı düşüb

Gürcüstanda koronavirusa yoluxma sayı 1 000-dən aşağı düşüb Gürcüstanda ötən sutkada koronavirusa 824 yeni yoluxma faktı qeydə alınıb, 4 227 nəfər müalicə olunaraq sağalıb, 46 pasiyent isə vəfat edib.
Region
2818
21 Dekabr , 2020 11:01
Gürcüstanda koronavirusa yoluxma sayı 1 000-dən aşağı düşüb

Gürcüstanda ötən sutkada koronavirusa 824 yeni yoluxma faktı qeydə alınıb, 4 227 nəfər müalicə olunaraq sağalıb, 46 pasiyent isə vəfat edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Hazırkı dövrədək qonşu ölkədə COVID-19 209 462 nəfərdə aşkarlanıb ki, onların da 186 668-i sağalıb, 2 140-ı isə ölüb.

Karantində 489, özünütəcrid rejimində isə 42 292 nəfər var.

Son xəbərlər

Orphus sistemi