Gürcüstanda koronavirusa yoluxmanın 32%-i Kvemo Kartlidə qeydə alınıb

Gürcüstanda koronavirusa yoluxmanın 32%-i Kvemo Kartlidə qeydə alınıb Gürcüstanda koronavirusa yoluxma hallarının 189-u və ya 32%-i Kvemo Kartli bölgəsinin payına düşür.
Region
2 may 2020 11:28
Gürcüstanda koronavirusa yoluxmanın 32%-i Kvemo Kartlidə qeydə alınıb

Gürcüstanda koronavirusa yoluxma hallarının 189-u və ya 32%-i Kvemo Kartli bölgəsinin payına düşür.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze bildirib.

O deyib ki, halların 107-si Bolnisi, 33-ü Marneuli, 48-i isə Tetritskaro rayonunda qeydə alınıb.

Mərkəz rəhbəri Marneulidə xüsusi laboratoriyanın yaradılacağını istisna etməyib: “Marneulidə laboratoriya qurularsa, analiz nümunələrini Tbilisiyə aparmağa ehtiyac qalmayacaq”.

A.Qamkrelidzenin sözlərinə görə, azərbaycandilli əhali ilə iş aparmaq çox çətindir: “Biz prosesə rəhbərləri cəlb etməliyik ki, onlar insanları tibbi müayinədən keçmənin vacibliyinə inandıra bilsinlər”.

Bu gün A.Qamkrelidze, müavini Paata İmnadze və digər tibb nümayəndələri Marneuliyə baş çəkiblər. Onlar Kvemo Kartli qubernatoru Şota Rexviaşvili vəMarneulinin icra başçısı Zaur Darğallı ilə görüşdə rayondakı epidemioloji vəziyyətimüzakirə ediblər.     

Son xəbərlər

Orphus sistemi