Gürcüstanda koronavirusa yoluxma aşkarlandı

Gürcüstanda koronavirusa yoluxma aşkarlandı Gürcüstanda koronavirusa yoluxma halı qeydə alınıb.
Region
26 Fevral , 2020 22:15
Gürcüstanda koronavirusa yoluxma aşkarlandı

Gürcüstanda koronavirusa yoluxma halı qeydə alınıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın məcburi köçkünlərin işləri, əmək, səhiyyə və sosial müdafiə naziri Ekaterine Tikaradze keçirdiyi xüsusi brifinqdə bildirib.

Onun sözlərinə görə, virus İrandan Azərbaycan vasitəsilə qayıdan Gürcüstan vətəndaşında müəyyən olunub.

Nazir qeyd edib ki, bir həftə İranda olan 50 yaşlı kişi ölkəyə qayıtdıqdan sonra Tbilisi Yoluxucu Xəstəliklər Xəstəxanasının izolyasiya bölməsinə yerləşdirilib və vəziyyəti qənaətbəxşdir.

E.Tikaradze ölkə əhalisini təşvişə düşməməyə çağırıb. 

Son xəbərlər

Orphus sistemi