Gürcüstanda koronavirusa yoluxanların sayı minə çatır

Gürcüstanda koronavirusa yoluxanların sayı minə çatır Gürcüstanda koronavirusa 4 yeni yoluxma faktı təsdiqlənib, daha 13 pasiyent sağalıb.
Region
14 İyul , 2020 09:38
Gürcüstanda koronavirusa yoluxanların sayı minə çatır

Gürcüstanda koronavirusa 4 yeni yoluxma faktı təsdiqlənib, daha 13 pasiyent sağalıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Bununla da, qonşu ölkədə indiyədək COVID-19 diaqnozu qoyulan şəxslərin ümumi sayı 999-a, sağalanların sayı isə 870-ə çatıb. Xəstəliyə tutulanların 15-i vəfat edib.

Hazırda Gürcüstan üzrə karantində saxlanılanların sayı 5 001, stasionar nəzarətdə olanların sayı isə 219 nəfər təşkil edir.

Son xəbərlər

Orphus sistemi