Gürcüstanda koronavirusa yoluxanların sayı kəskin artdı

Gürcüstanda koronavirusa yoluxanların sayı kəskin artdı Gürcüstanda son sutkada daha 57 nəfərin koronavirusa yoluxduğu müəyyən edilib, 9 pasiyent sağalıb.
Region
528
10 Sentyabr , 2020 09:52
Gürcüstanda koronavirusa yoluxanların sayı kəskin artdı

Gürcüstanda son sutkada daha 57 nəfərin koronavirusa yoluxduğu müəyyən edilib, 9 pasiyent sağalıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.

Bununla da qonşu ölkədə COVID-19-a ümumi yoluxma göstəricisi 1 830 nəfərə, sağalanların sayı isə 1 334-ə çatıb. Xəstəlikdən vəfat edənlərin sayı 19, aktiv koronavirus xəstələrinin sayı isə 451 nəfər təşkil edir.

Hazırda Gürcüstan üzrə karantində 5 882, stasionar nəzarətdə isə 390 nəfər saxlanılır. 

Orphus sistemi