Gürcüstanda koronavirusa yoluxanların sayı 960-ı ötdü

Gürcüstanda koronavirusa yoluxanların sayı 960-ı ötdü Gürcüstanda daha 5 nəfərin koronavirusa yoluxması təsdiqlənib.
Region
8 İyul , 2020 09:50
Gürcüstanda koronavirusa yoluxanların sayı 960-ı ötdü

Gürcüstanda daha 5 nəfərin koronavirusa yoluxması təsdiqlənib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Bununla da, qonşu ölkədə indiyədək COVID-19 aşkarlanan şəxslərin sayı 963-ə çatıb. Onların 841-i artıq sağalıb, 15-i isə dünyasını dəyişib.

Hazırda ölkə üzrə karantində 3 903, tibbi nəzarətdə isə 202 nəfər saxlanılır.

Son xəbərlər

Orphus sistemi