Gürcüstanda koronavirusa yoluxanların sayı 917-ə çatdı

Gürcüstanda koronavirusa yoluxanların sayı 917-ə çatdı Gürcüstanda son sutka ərzində koronavirusa 3 yeni yoluxma faktı təsdiqlənib.
Region
25 iyun 2020 06:01
Gürcüstanda koronavirusa yoluxanların sayı 917-ə çatdı

Gürcüstanda son sutka ərzində koronavirusa 3 yeni yoluxma faktı təsdiqlənib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla bağlı xüsusi rəsmi saytında bildirilib.

Bununla da, qonşu ölkədə COVID-19-a yoluxanların sayı 917-ə çatıb. Həmin şəxslərin 776-sı sağalıb, 14-ü isə vəfat edib.

Hazırda ölkə üzrə karantində saxlanılanların sayı 2 744, stasionar nəzarətdə olanların sayı isə 258 nəfər təşkil edir.

Son xəbərlər

Orphus sistemi