Gürcüstanda daha 2 nəfərə koronavirus diaqnozu qoyulub.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla bağlı xüsusi rəsmi saytında bildirilib.
Bununla da qonşu ölkədə COVID-19-a yoluxanların sayı 898-ə çatıb. Həmin şəxslərin 752-si sağalıb, 14-ü isə vəfat edib.
Hazırda ölkə üzrə karantində saxlanılanların sayı 2 891, stasionar nəzarətdə olanların sayı isə 256 nəfər təşkil edir.