Gürcüstanda daha 2 nəfər koronavirusa yoluxub.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla bağlı xüsusi rəsmi saytında bildirilib.
Bununla da, qonşu ölkədə COVID-19-a yoluxanların sayı 895-ə çatıb. Onların 741-i sağalıb, 14-ü isə vəfat edib.
Hazırda ölkə üzrə karantində 2 855, stasionar nəzarətdə isə 264 nəfər saxlanılır.