Gürcüstanda son sutka ərzində koronavirusa 11 yeni yoluxma halı təsdiqlənib.
"Report"un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla bağlı xüsusi rəsmi saytında bildirilib.
Bununla da qonşu ölkədə COVID-19-a yoluxanların sayı 757-yə çatıb. Onların 600-ü sağalıb, 12-si isə dünyasını dəyişib.
Hazırda ölkə üzrə karantində 2 966, stasionar nəzarətdə isə 250 nəfər saxlanılır.