Gürcüstanda koronavirusa yoluxanların sayı 367 mini ötüb

Gürcüstanda koronavirusa yoluxanların sayı 367 mini ötüb Gürcüstanda son sutkada daha 980 nəfərə koronavirus diaqnozu qoyulub, 11 pasiyent vəfat edib.
Region
1 İyul , 2021 10:53
Gürcüstanda koronavirusa yoluxanların sayı 367 mini ötüb

Gürcüstanda son sutkada daha 980 nəfərə koronavirus diaqnozu qoyulub, 11 pasiyent vəfat edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Qonşu ölkədə indiyədək COVID-19 infeksiyası 367 058 nəfərdə aşkarlanıb, onların 5 327-si dünyasını dəyişib.

Ötən 24 saat ərzində sağalanların sayı 877 nəfər artaraq 352 624 olub.

Son xəbərlər

Orphus sistemi