Gürcüstanda koronavirusa yoluxanların sayı 340 mini ötüb

Gürcüstanda koronavirusa yoluxanların sayı 340 mini ötüb Gürcüstanda son sutkada daha 1 015 nəfərin koronavirusa yoluxduğu müəyyən edilib, 1 151 nəfər sağalaraq evə buraxılıb
Region
101
26 May , 2021 10:54
Gürcüstanda koronavirusa yoluxanların sayı 340 mini ötüb

Gürcüstanda son sutkada daha 1 015 nəfərin koronavirusa yoluxduğu müəyyən edilib, 1 151 nəfər sağalaraq evə buraxılıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Bununla da qonşu ölkədə COVID-19-a yoluxanların sayı 340 330-a, sağalanların sayı isə 321 928-ə yüksəlib.

Ötən 24 saat ərzində xəstəlikdən 28, ümumilikdə isə 4 682 nəfər vəfat edib.

Son xəbərlər

Orphus sistemi