Gürcüstanda koronavirusa yoluxma riski artıb - YENİLƏNİB

Gürcüstanda koronavirusa yoluxma riski artıb - YENİLƏNİB “Gürcüstanda ilk dəfə olaraq koronavirusa üçüncü şəxsdən yoluxma halları qeydə alınıb”.
Region
1310
14 Mart , 2020 14:41
Gürcüstanda koronavirusa yoluxma riski artıb - YENİLƏNİB
google

“Gürcüstanda ilk dəfə olaraq koronavirusa üçüncü şəxsdən yoluxma halları qeydə alınıb”.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze bildirib.

O deyib ki, koronavirus diaqnozunun qoyulduğu yeni pasiyentlərin infeksiyaya yoluxanlarla birbaşa kontaktı olmayıb: “Bu, o deməkdir ki, koronavirusun ölkə ərazisində daxili ötürülməsi baş verib”.

Qeyd edək ki, bu günə qədər Gürcüstanda koronavirusa 30 yoluxma halı təsdiqlənib, 418 nəfər karantində, 54 nəfər isə stasionar nəzarətdədir.

*** 12:23

Gürcüstanda koronavirus diaqnozunun qoyulduğu pasiyentlərin sayı 30-a çatıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə məlumat Gürcüstan hökumətinin koronavirusla bağlı yaratdığı xüsusi rəsmi saytda yerləşdirilib.

Qeyd olunub ki, karantində 418, stasionar nəzarətdə isə 54 nəfər saxlanılır.

Son xəbərlər

Orphus sistemi