Gürcüstanda koronavirusa yoluxanların sayı 287 mini ötdü

Gürcüstanda koronavirusa yoluxanların sayı 287 mini ötdü Bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib
Region
9 aprel 2021 06:53
Gürcüstanda koronavirusa yoluxanların sayı 287 mini ötdü

Gürcüstanda ötən sutkada koronavirusa 777 yeni yoluxma faktı təsdiqlənib, 342 nəfər müalicə olunaraq sağalıb, 9 pasiyent vəfat edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Hazırkı dövrədək qonşu ölkədə COVID-19-a 287 183 nəfər yoluxub. Onların 276 426-sı sağalıb, 3 858-i dünyasını dəyişib.

Son xəbərlər

Orphus sistemi