Gürcüstanda koronavirusa yoluxanların sayı 270 mini ötüb

Gürcüstanda koronavirusa yoluxanların sayı 270 mini ötüb Gürcüstanda son sutkada koronavirusa 337 yeni yoluxma faktı təsdiqlənib, 320 nəfər sağalıb, 10 pasiyent isə vəfat edib
Region
26 Fevral , 2021 10:50
Gürcüstanda koronavirusa yoluxanların sayı 270 mini ötüb

Gürcüstanda son sutkada koronavirusa 337 yeni yoluxma faktı təsdiqlənib, 320 nəfər sağalıb, 10 pasiyent isə vəfat edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Hazırkı dövrədək qonşu ölkədə COVID-19 infeksiyası 270 137 nəfərdə aşkarlanıb ki, onların da 264 047-si sağalıb, 3 485-i isə dünyasını dəyişib.

Qeyd edək ki, bu gün Gürcüstanda koronavirusa ilk yoluxma halının qeydə alınmasından bir il ötür.

Son xəbərlər

Orphus sistemi