Gürcüstanda koronavirusa yoluxanların sayı 269 mini ötüb

Gürcüstanda koronavirusa yoluxanların sayı 269 mini ötüb Gürcüstanda son sutkada koronavirusa 443 yeni yoluxma halı təsdiqlənib
Region
24 Fevral , 2021 10:47
Gürcüstanda koronavirusa yoluxanların sayı 269 mini ötüb

Gürcüstanda son sutkada koronavirusa 443 yeni yoluxma halı təsdiqlənib, 461 nəfər sağalaraq evə buraxılıb, 6 pasiyent isə vəfat edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Qonşu ölkədə pandemiya başlayandan bu günədək COVID-19-a 269 438 nəfər yoluxub. Onların 263 257-si sağalıb, 3 463-ü isə ölüb.

Hazırda karantin rejimində 307, stasionar nəzarətdə 1 600 nəfər var. Xəstəliyi simptomsuz keçirən 193 nəfər isə xüsusi otellərdə müalicə olunur.

Son xəbərlər

Orphus sistemi