Gürcüstanda koronavirusa yoluxanların sayı 250 mini ötdü

Gürcüstanda koronavirusa yoluxanların sayı 250 mini ötdü Gürcüstanda ötən sutkada koronavirusa 1 137 yeni yoluxma halı təsdiqlənib, 1 179 nəfər müalicə olunaraq sağalıb, 11 pasiyent isə vəfat edib.
Region
21 Yanvar , 2021 10:42
Gürcüstanda koronavirusa yoluxanların sayı 250 mini ötdü

Gürcüstanda ötən sutkada koronavirusa 1 137 yeni yoluxma halı təsdiqlənib, 1 179 nəfər müalicə olunaraq sağalıb, 11 pasiyent isə vəfat edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Qonşu ölkədə pandemiya başlayandan bu günə qədər COVID-19-a 251 071 nəfər yoluxub. Onların 238 101-i sağalıb, 2 998-i isə dünyasını dəyişib.

Hazırda karantin zonalarında 478, stasionar nəzarətdə 3 478 nəfər saxlanılır. 536 nəfər isə xüsusi otellərdə müalicə olunur.

Son xəbərlər

Orphus sistemi