Gürcüstanda koronavirusa yoluxanların sayı 211 nəfərə çatdı

Gürcüstanda koronavirusa yoluxanların sayı 211 nəfərə çatdı Gürcüstanda daha üç nəfərdə koronavirus aşkarlanıb.
Region
8 Aprel , 2020 22:20
Gürcüstanda koronavirusa yoluxanların sayı 211 nəfərə çatdı

Gürcüstanda daha üç nəfərdə koronavirus aşkarlanıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə yerli hökumətin koronavirusla bağlı xüsusi rəsmi saytında bildirilib.

Bununla ölkədə COVID-19 infeksiyasına yoluxanların sayı 211 nəfərə çatıb. Onların 50-si sağalıb.

Hazırda karantində 4 559, stasionar nəzarətdə isə 353 nəfər saxlanılır.

Qeyd edək ki, bu günə qədər qonşu ölkədə koronavirusa yoluxanların 3-ü ölüb.

Son xəbərlər

Orphus sistemi