Gürcüstanda koronavirusa yoluxanların sayı yenə artıb

Gürcüstanda koronavirusa yoluxanların sayı yenə artıb Gürcüstanda son sutkadakoronavirusa 19 yeni yoluxma halı təsdiqlənib.
Region
24 İyul , 2020 10:08
Gürcüstanda koronavirusa yoluxanların sayı yenə artıb
0 : 00
0 : 00

Gürcüstanda son sutkada koronavirusa 19 yeni yoluxma halı təsdiqlənib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Bununla da, qonşu ölkədə COVID-19-a ümumi yoluxma göstəricisi 1 104 nəfərə çatıb. Həmin şəxslərin 914-ü sağalıb, 16-sı isə vəfat edib.

Hazırda Gürcüstan üzrə karantində 5 936, stasionar nəzarətdə isə 268 nəfər saxlanılır.

Son xəbərlər

Orphus sistemi