Gürcüstanda koronavirusa sutkalıq yoluxma sayı 1 800-ü ötüb

Gürcüstanda koronavirusa sutkalıq yoluxma sayı 1 800-ü ötüb Gürcüstanda ötən sutka ərzində daha 1 862 nəfərdə koronavirus aşkarlanıb, 619 nəfər müalicə olunaraq sağalıb, 11 pasiyent vəfat edib.
Region
13 İyul , 2021 10:16
Gürcüstanda koronavirusa sutkalıq yoluxma sayı 1 800-ü ötüb

Gürcüstanda ötən sutka ərzində daha 1 862 nəfərdə koronavirus aşkarlanıb, 619 nəfər müalicə olunaraq sağalıb, 11 pasiyent vəfat edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.

Hazırkı dövrədək qonşu ölkədə COVID-19 infeksiyasına 379 673 yoluxma halı təsdiqlənib. Yoluxanların 360 558-i sağalıb, 5 479-u isə dünyasını dəyişib.

Bu günə olan aktiv xəstə sayı 13 610 nəfər təşkil edir.

Son xəbərlər

Orphus sistemi