Gürcüstanda koronavirusa sutkalıq yoluxma 15 mini ötüb

Gürcüstanda koronavirusa sutkalıq yoluxma 15 mini ötüb Gürcüstanda ötən sutka ərzində koronavirusa 15 762 yeni yoluxma faktı qeydə alınıb.
Region
25 Yanvar , 2022 10:43
Gürcüstanda koronavirusa sutkalıq yoluxma 15 mini ötüb

Gürcüstanda ötən sutka ərzində koronavirusa 15 762 yeni yoluxma faktı qeydə alınıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Məlumata əsasən, daha 5 160 nəfər müalicə olunaraq sağalıb, 42 pasiyent isə vəfat edib.

Hazırkı dövrədək qonşu ölkədə COVID-19 infeksiyası 1 075 154 nəfərdə aşkarlanıb. Onların 972 745-i sağalb, 14 774-ü isə ölüb.

Son xəbərlər

Orphus sistemi