Gürcüstanda koronavirusa yoluxanlar arasında ən yaşlı şəxsin 90 yaşı var, virus daşıyıcısı olan ən gənc şəxs isə 9 aylıqdır.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin hesabatında bildirilib.
COVID-19-a yoluxanların orta yaşı 42 təşkil edir.
Sənədə əsasən, ölkədə qadınlar arasında virusa yoluxma göstəricisi (51,2%) daha yüksəkdir.
Virusa yoluxma ən çox (412 nəfər) 30-59 yaş qrupuna daxil olan şəxslərdə təsdiqlənib.