Gürcüstanda koronavirusa 9 696 yeni yoluxma qeydə alınıb, 28 nəfər ölüb

Gürcüstanda koronavirusa 9 696 yeni yoluxma qeydə alınıb, 28 nəfər ölüb Gürcüstanda ötən sutka ərzində koronavirus infeksiyasına 9 696 yeni yoluxma faktı təsdiqlənib.
Region
151
23 Yanvar , 2022 10:47
Gürcüstanda koronavirusa 9 696 yeni yoluxma qeydə alınıb, 28 nəfər ölüb

Gürcüstanda ötən sutka ərzində koronavirus infeksiyasına 9 696 yeni yoluxma faktı təsdiqlənib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Məlumata əsasən, daha 5 408 nəfər müalicə olunaraq sağalıb, 28 pasiyent isə vəfat edib.

Pandemiya başlayandan indiyədək qonşu ölkədə COVID-19-a 1 051 445 nəfər yoluxub. Onların 962 035-i sağalıb, 14 701-i isə dünyasını dəyişib.

Son xəbərlər

Orphus sistemi