Gürcüstanda koronavirusa 833 yeni yoluxma qeydə alınıb

Gürcüstanda koronavirusa 833 yeni yoluxma qeydə alınıb Gürcüstanda son sutkada koronavirusa 833 yeni yoluxma halı təsdiqlənib, 19 nəfər vəfat edib
Region
3 İyun , 2021 11:11
Gürcüstanda koronavirusa 833 yeni yoluxma qeydə alınıb

Gürcüstanda son sutkada koronavirusa 833 yeni yoluxma halı təsdiqlənib, 19 nəfər vəfat edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Hazırkı dövrədək qonşu ölkədə COVID-19 infeksiyasına 346 983 nəfərin yoluxduğu müəyyən edilib, onların 4 853-ü ölüb.

Ötən 24 saat ərzində müalicə olunaraq sağalanların sayı 1 205 nəfər artaraq 330 721-ə yüksəlib.

Son xəbərlər

Orphus sistemi