Gürcüstanda koronavirusa 388 yeni yoluxma qeydə alınıb

Gürcüstanda koronavirusa 388 yeni yoluxma qeydə alınıb Bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib
Region
24 May , 2021 10:57
Gürcüstanda koronavirusa 388 yeni yoluxma qeydə alınıb

Gürcüstanda son sutkada daha 388 nəfərdə koronavirus infeksiyası aşkarlanıb, 1 357 nəfər sağalaraq evə buraxılıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Qonşu ölkədə COVID-19-a yoluxanların ümumi sayı 337 961 nəfər təşkil edir. Onların 319 956-sı müalicə olunaraq sağalıb.

Ötən 24 saat ərzində xəstəlikdən daha 17 nəfər vəfat edib, ümumi ölüm sayı 4 639-a yüksəlib.

Son xəbərlər

Orphus sistemi