Gürcüstanda koronavirusa 365 yeni yoluxma qeydə alınıb

Gürcüstanda koronavirusa 365 yeni yoluxma qeydə alınıb Gürcüstanda son sutkada koronavirusa 365 yeni yoluxma halı təsdiqlənib, 539 nəfər müalicə olunaraq sağalıb, 9 pasiyent vəfat edib
Region
18 Fevral , 2021 10:46
Gürcüstanda koronavirusa 365 yeni yoluxma qeydə alınıb

Gürcüstanda son sutkada koronavirusa 365 yeni yoluxma halı təsdiqlənib, 539 nəfər müalicə olunaraq sağalıb, 9 pasiyent vəfat edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Hazırkı dövrədək qonşu ölkədə COVID-19-a 267 313 nəfər yoluxub. Onların 260 266-sı sağalıb, 3 399-u isə ölüb.

Karantin rejimində 252, stasionar nəzarətdə 1 869 nəfər saxlanılır. Xəstəliyi yüngül formada keçirən 248 nəfər isə xüsusi otellərdə müalicə olunur.

Son xəbərlər

Orphus sistemi