Gürcüstanda koronavirusa 1 236 yeni yoluxma qeydə alınıb, 23 nəfər vəfat edib

Gürcüstanda koronavirusa 1 236 yeni yoluxma qeydə alınıb, 23 nəfər vəfat edib Gürcüstanda son sutkada daha 1 236 nəfərin koronavirusa yoluxduğu müəyyən edilib, 2 189 nəfər müalicə olunaraq sağalıb, 23 pasiyent isə vəfat edib.
Region
347
16 Yanvar , 2021 11:04
Gürcüstanda koronavirusa 1 236 yeni yoluxma qeydə alınıb, 23 nəfər vəfat edib

Gürcüstanda son sutkada daha 1 236 nəfərin koronavirusa yoluxduğu müəyyən edilib, 2 189 nəfər müalicə olunaraq sağalıb, 23 pasiyent isə vəfat edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Qonşu ölkədə indiyədək COVID-19 infeksiyasına 247 025 yoluxma halı təsdiqlənib. Yoluxanların 231 385-i sağalıb, 2 916-sı isə ölüb.

Aktiv koronavirus xəstələrinin sayı 12 698 nəfər təşkil edir.

Son xəbərlər

Orphus sistemi